"Neftçi"nin sabiq futbolçusu Edson Kastilyo komandasını dəyişib. Matc.az xəbər verir ki, venesuelalı yarımmüdafiəçi ölkəsi Venesuelada başqa kluba keçib.
 
29 yaşlı orta sahə oyunçusu "Manaqas"a qayıdıb. O, 2019-cu ildə şərəfini qoruduğu keçmiş komandasına "Karakas"dan keçib. Futbolçu "Manaqas"la 2 illik müqavilə imzalayıb.
 
Qeyd edək ki, Edson Kastilyo 2016-2017-ci illərdə "Neftçi"nin formasını geyinib.
 
XƏYAL

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest