Misli Premyer Liqasında 29 günlük fasilə başa çatıb. Matc.az saytının məlumatına görə, bu gün 2022/23 mövsümünün ikinci yarısına start verilib.
 
İlin ilk oyunu Gəncədə baş tutub. Autsayderlər qrupunda qərarlaşan "Kəpəz" avrokuboklara iddialı "Qəbələ"ni qəbul edib. Qarşılaşmaya üstün başlayan gəncəlilər ilk yarıda iki penalti qolu ilə önə keçib. 18-ci dəqiqədə Ahmed Ayzaya, 42-ci dəqiqədə isə Martins Junior qapıçı ilə dueldən qalib ayrılıb.
 
Lakin "qırmızı-qaralar" təslim olmayıb. "Qəbələ" 63-cü dəqiqədə Ruan Renato, 79-cu dəqiqədə isə ülvi İsgəndərovun qolları sayəsində məğlubiyyətdən qurtulub. Son dəqiqələrdə qələbə topunu vurmaq şansını qaçıran "qırmızı-qaralar" səfərdə 1 xalla kifayətlənib.
 
Qeyd edək ki, turun "Turan Tovuz" – "Qarabağ" və "Zirə" – "Sumqayıt" oyunları sabah, "Şamaxı" – "Səbail" və "Sabah" – "Neftçi" görüşləri isə yanvarın 26-da keçiriləcək.

Misli Premyer Liqası
19-cu tur
24 yanvar

"Kəpəz" – "Qəbələ" 2:2
Qol: A.Ayzaya, 18-pen. M.Junior, 42-pen - R.Renato, 63. ü.İsgəndərov, 79.
Gəncə şəhər stadionu: Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Şirmamed Mamedov, Rövşən Rəcəbov

Kəpəz: 71. Mario Mustapiç, 40. Ahmed Ayzaya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu, 74. Yusif Nəbiyev (k), 70. Nicat Süleymanov, 77. Fərid Nəbiyev, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 3. Abdulla Rzayev, 20. Mahir Həsənov.
Ehtiyat oyunçular: 68. Orxan Sadıqlı, 10. Salif Sisse, 8. Tural Axundov, 80. Tural Rzayev, 27. Samir Məhərrəmli, 37. Ruslan Süleymanov, 97. Nicat Məmmədov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev.
Baş məşqçi: Tərlan Əhmədov.
Qəbələ: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 34. ürfan Abbasov (k), 27. Məqsəd İsayev, 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal, 10. Omar Hani.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. ülvi İsgəndərov, 7. Rövlan Muradov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 16. Nicat Əliyev, 23. Rafael Utziq, 17. Yaovi Akakpo, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest