Kadi yeni komandasında 20 nömrəli formanı geyinəcək.

"Krasnodar" braziliyalı yarımmüdafiəçi Kadi Borgesin transferini açıqlayıb. Matc.az  klubun saytına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ilə 2026-cı ilin yayınadək müqavilə imzalanıb.  
 
Kadi yeni komandasında 20 nömrəli formanı geyinəcək.
 
Braziliyalı futbolçu 2021-ci ilin yayından "Qarabağ"da çıxış edirdi. O, Ağdam təmsilçisində bu mövsüm 31 oyunda 8 qol, 11 məhsuldar ötürmə ilə yadda qalmışdı.
 
Turan
 
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest