"Neftçi"nin müdafiəçisi Voyislav Stankoviç klubun rəsmi televiziyasına açıqlama verib. Matc.az xəbər verir ki, zədə səbəbindən uzun müddət komandadan ayrı düşən serbiyalı futbolçu vəziyyətin yaxşılığa doğru getdiyini söyləyib

"Neftçi"nin müdafiəçisi Voyislav Stankoviç klubun rəsmi televiziyasına açıqlama verib. Matc.az xəbər verir ki, zədə səbəbindən uzun müddət komandadan ayrı düşən serbiyalı futbolçu vəziyyətin yaxşılığa doğru getdiyini söyləyib:
 
"Artıq komandaya qoşulmuşam, hazırlıq çox yaxşı gedir. "Sabah"la çempionat oyununa təqribən 2 həftə var. Həmin matça kimi tam hazır olacağımı düşünürəm".
 
35 yaşlı müdafiəçi yeni transfer Höccət Haqverdi barədə də fikirlərini bölüşüb. O, yeni müdafiəçinin də Azər Salahlı kimi universal olduğunu bildirib: "Höccət Azərbaycan millisinin üzvüdür. Müdafiə xəttimizə çox kömək edəcək. Həm müdafiənin cinahında, həm də mərkəzində çıxış edə bilir. Düşünürəm ki, bu dəyişikliklərin bizə faydası olacaq".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest