Yayda Almaniya çempionu "Ştutqart"la anlaşan və UEFA çempionlar Liqasının ilkin mərhələsində bu komandanın heyətində çıxış edən futzal üzrə Azərbaycan millisinin formasını geyinmiş Fərid Atakişiyev karyerasını yenidən ölkəmizdə davam etdirəcək.

UEFA çempionlar Liqasından sonra həmyerlimizlə xidmətində maraqlı olan və onunla müqaviləni uzadan alman təmsilçisi viza məsələsini həll edə bilmədiyi üçün Atakişiyev qış fasiləsinə qədər klubsuz qalıb. Matc.az saytının əldə etdiyi məlumata görə, prosesin uzanması onun "Neftçi" İK ilə anlaşmasına səbəb olub. Təcrübəli futzalçı hazırda turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan komanda ilə yaya qədər anlaşıb.

Qeyd edək ki, Atakişiyev müxtəlif illərdə Azərbaycan millisinin formasını geyinib.

Matc.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest