Kişi voleybolçulardan ibarət "Murov" klubu bu gün Çağırış Kubokunda növbəti oyununu keçirəcək. Matc.az xəbər verir ki, komandamız 1/8 final mərhələsinin ilk oyununda Niderland təmsilçisi "Orion"la üz-üzə gələcək.
 
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab görüşü dekabrın 15-də Bakıda olacaq.
 
Xatırladaq ki, “Murov” 1/32 finalda Xorvatiyanın "Kitro Varazdin", 1/16 finalda isə Avstriyanın “UVC Qraz” komandasını mübarizədən kənarlaşdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest