İtaliya “Yuventus”unun prezidenti Andrea Anyelli və vitse-prezidenti Pavel Nedved istefa verib. Matc.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, sözügedən funksionerlərlə yanaşı, idarə heyəti də tam tərkibdə vəzifəsindən ayrılıb.
 
Növbəti aylarda Turin təmsilçisinin yeni idarə heyətinin formalaşdırılacağı vurğulanıb.
 
Xatırladaq ki, Andrea Anyelli 2010-cu ildən, Pavel Nedved isə 2016-cı ildən "Yuventus"da hazırkı vəzifəni tuturdu. İstefanın son aylarda Turin klubundakı maliyyə yeyintiləri ilə bağlı olduğu bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest