UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Dinamo” (Minsk) matçının biletləri mövsümlük bilet sahibləri üçün satışa çıxarılıb.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 22-si saat 20:00-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Dinamo” (Minsk) matçının biletləri mövsümlük bilet sahibləri üçün satışa çıxarılıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qiyməti 2.50 (“Şərq 1”, “Şərq 2”, “Qərb 1” sektorları), 4 (“Banişevski üst”, “Şimal 1”, “Şimal 2” sektorları), 6 (“Banişevski alt” sektoru), 17.50 (“VIP Silver”, “VIP Family” sektorları) və 25 (“VIP Gold” sektoru) AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.

50% endirimli biletləri yalnız mövsümlük bilet sahibləri 24 saat ərzində “Neftçi PFK” mobil tətbiqində və ya bilet.neftchi.az saytında “matçlıq bilet al” bölməsinə daxil olaraq, əldə edə bilərlər.

Qeyd edək ki, ümumi satış isə sabahdan etibarən həyata keçiriləcək. Stadionun kassasında biletlər isə oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest