Kişi voleybolçulardan ibarət "Murov" komandası bu gün çağırış kubokunda növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, Azərbaycan çempionu 1/16 final mərhələsində Avstriyanın "Holdinq Qrats" klubu ilə üz-üzədir. Qarşılıqlı razılığa əsasən, hər iki oyun Bakı Voleybol Mərkəzində təşkil olunur.
 
Komandalar arasında bu gün keçirilən ilk görüşdə nominal meydan sahibi Avstriya təmsilçisi olub. Bu matçda "Murov" 3:0 hesablı (13:25, 18:25, 23:25) qələbəyə sevinib.
 
Sabah təşkil ediləcək cavab qarşılaşmasında "Murov" rəqibini qəbul edəcək. Oyun saat 18:00-da start götürəcək.
 
"Murov" 1/32 final mərhələsində Xorvatiyanın "Kitro Varazdin" komandası ilə də iki dəfə Bakıda qarşılaşıb. Azərbaycan çempionu bu oyunlarda 3:0 və 3:1 hesabı ilə qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest