"Qarabağ"ın sabiq futbolçusu Vüqar Nadirov Ağdam klubunun müdafiəçiləri Bəhlul Mustafazadə və Bədavi Hüseynovla bağlı müsbət fikirlər səsləndirib.

"Qarabağ"ın sabiq futbolçusu Vüqar Nadirov Ağdam klubunun müdafiəçiləri Bəhlul Mustafazadə və Bədavi Hüseynovla bağlı müsbət fikirlər səsləndirib.
 
Azərbaycan millisinin sabiq hücumçusu Matc.az saytına açıqlamasında vaxtilə çiyin-çiyinə çıxış etdiyi Bədavi, eyni zamanda gənc Bəhlulun zədəli müdafiəçilər Maksim Medvedevlə Kevin Medinanın yoxluğunu hiss etdirmədiklərini bildirib:
 
"Bəhlul Mustafazadə və Bədavi Hüseynov son vaxtlar çox yaxşı oynayır, Maksim Medvedev və Kevin Medinanın boşluğunu layiqincə doldurur. Milli üzvləridir, bu performansları yığmamız üçün də üstünlükdür. Bəhlul üzərində bir az da çalışsa, topla oynamağı yaxşılaşdırsa, Azərbaycanda bir nömrəli müdafiəçi ola bilər".
 
Qeyd edək ki, Vüqar Nadirov 2009-2015-ci illərdə "Qarabağ"ın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest