“Əsas vaxtda qələbə qazanmadığımız üçün tam sevinə bilmirik”. Matc.az xəbər verir ki, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayev deyib. Yadullayev yetirmələrinin çıxışını dəyərləndirib. O bildirib ki, oyunsonrası penaltilər lotereyadı.

“Əsas vaxtda qələbə qazanmadığımız üçün tam sevinə bilmirik”. Matc.az xəbər verir ki, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayev deyib.

Yığmamız Belarusun paytaxtı Minskdə keçirilən UEFA İnkişaf turnirinin son oyununda Tacikistanı penaltilər seriyasında üstələyib.

Yadullayev yetirmələrinin çıxışını dəyərləndirib. O bildirib ki, oyunsonrası penaltilər lotereyadı: “Turnirin gedişində futbolçular oyundan-oyuna artırdılar. İstədiyimiz kimi düzgün oynamağa çalışırdılar. Tacikistanla qarşılaşmanın birinci hissəsində hər şey yaxşı alınırdı. Fasilədən sonra uşaqlar bir az yoruldular. Ümumilikdə tapşırığın öhdəsindən 50 faiz gəldik”.

Yadullayev bu turnirin onlara fayda verəcəyini düşünür: “İnkişaf turniridi və reqlamentə görə bütün oyunçulara şans verilir. Nəticədən asılı olmayaraq, hamını meydanda görürsən. Təşkilatçılıq da yüksək səviyyədə idi”.

Qeyd edək ki, millimiz Tacikistana 2:2 hesabı ilə başa çatan görüşün penaltilər seriyasında qalib gəlib – 3:1.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest