29 Aprel 2024, 20:44
FUTBOL
Müdafiəçi Simon Kayer "Milan"ı tərk edəcək.
Matc.az xəbər verir ki, danimarkalının agenti, tərəflərin yeni müqavilə imzalamamaq qərarına gəldiyini açıqlayıb. Futbolçu yayda azad agent olacaq.
Qeyd edək ki, Kayer 2020-ci ilin yanvarından Milan klubunda çıxış edir. Bu mövsüm o, rossonerlilərin heyətində İtaliya A Seriyasında 19 oyun keçirib və 1 məhsuldar ötürmə edib.