“Atalanta”nın hücumçusu Duvan Sapata Avropanı tərk etməyə yaxındı. Matc.az xəbər verir ki, Kolumbiya millisinin hücumçusu Meksikaya köçə bilər.

Çünki hazırda icarə əsasında “Torino”da çıxış edən Kolumbiya millisinin 33 yaşlı forvardı “Kruz Azul”dan təklif alıb. Meksika təmsilçisi onun üçün italyanlara 14 milyon funt-sterlinq ödəməyə hazırdı. Tərəflər arasında danışıqlara start verilib.

Qeyd edək ki, Duvan Sapata bu mövsüm İtaliya çempionatında keçirdiyi 31 oyunda 11 qol vurub, 4 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest