Hücumçu Serdar Azmun daimi olaraq "Roma"da qala bilər.
 
Matc.az xəbər verir ki, futbolçu "Bayer 04"ə məxsusdur. İranlı forvard İtaliya klubunda icarə əsasında çıxış edir.
 
Roma klubunun baş məşqçisi Daniele De Rossi futbolçudan razı qalıb. Paytaxt təmsilçisinin forvardı 12,5 milyon avroya tam transfer etmək imkanı var, lakin bu variantın aktivləşdirilməsi böyük ölçüdə “Roma”nın Çempionlar Liqasına vəsiqə qazanmasından asılıdır.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest