Türkiyə klubu “Konyaspor”da baş məşqçi istefası reallaşıb. Matc.az xəbər verir ki, Superliqa təmsilçisi Fahrudin Omeroviçlə yollarını ayırıb.

Konya təmsilçisi rəsmi saytı vasitəsilə bunu bəyan edib. Bildirilib ki, 62 yaşlı çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.

Qeyd edək ki, “Konyaspor” hazırda Superliqada 36 xalla 15-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest