Azərbaycan Premyer Liqasında XXXII tur başa çatıb. Matc.az xəbər verir ki, bu gün turun son oyunu keçirilib.

Günün yeganə qarşılaşması Zirə İdman Kompleksinin stadionunda olub. “Zirə” dogma arenasında “Araz-Naxçıvan”ı qəbul edib. Görüş qonaq komandanın 0:1 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, turun əvvəlki görüşlərində “Neftçi” “Turan Tovuz”u (3:0), “Sabah” “Səbail”i (2:0), “Kəpəz” “Qəbələ”ni (1:0), “Sumqayıt” “Qarabağ”ı (1:0) məğlub edib.

Premyer Liqa
XXXII tur
29 aprel (bazar ertəsi)

19:00. “Zirə”– “Araz-Naxçıvan” 0:1

Qol: İqor Ribeyro, 89
Zirə İdman Kompleksinin stadionu. Hakimlər: Cavid Cəlilov, Eyyub İbrahimov, Asiman Əzizli, Nicat İsmayıllı

Zirə”: 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 24. Sezar Meza Kolli, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli, 19. Salifu Suma. 
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 17. Araz Abdullayev, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 66. Pərviz Azadov, 5. Stefan Aka, 9. Vladislav Kulaç, 28. Abbas İbrahim, 6. Eldar Quliyev.   
Baş məşqçi: Rəşad Sadıqov

Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev (k), 39. Tural Bayramlı, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç. 
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 3. Turan Manafov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Alekperov, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 29. Vanderson Melo. 

Baş məşqçi: Elmar Baxşıyev

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest