"Çelsi" müdafiəçisi Tiaqo Silvanın bu mövsüm başa çatdıqdan sonra klubu tərk edəcəyini rəsmən açıqlayıb.
 
Matc.az xəbər verir ki, braziliyalı bir gün Londona qayıdıb, klubun strukturunda işə düzəlmək niyyətindədir. Silva ailəsi kimi London və "Çelsi"ni sevir, çünki Tiaqonun övladları "mavilər"in akademiyasında çıxış edir.
 
Qeyd edək ki, "zadəganlar" hazırda İngiltərə Premyer Liqasında 33 turdan sonra 48 xalla 9-cu pillədə qərarlaşıb. 
 
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest