Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə start verib.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə start verib. Matc.az xəbər verir ki, Eldar Yusubovun baş məşqçi olduğu kollektiv D qrupundakı ilk matçında Gürcüstan yığmasını qəbul edib.
 
Bakı Voleybol Mərkəzində baş tutan görüş Azərbaycan yığmasının inqmlı qələbəsiylə yekunlaşıb - 3:0 (28:26, 25:11, 25:20).
 
Bu komandalar arasında növbəti görüş avqusutn 28-də Gürcüstanda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest