Milli komandamızın yarımfinaldakı rəqibi Özbəkistan olacaq. Avqustun 17-də keçiriləcək görüşə Bakı vaxtı ilə saat 18:45-də start veriləcək.

Qadınlardan ibarət 3x3 basketbol növü üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında 1/4 final oyununa çıxıb. Matc.az xəbər verir ki, yığmamız yarımfinala gedən yolda Qətər seçməsi ilə qarşılaşıb.
 
Matça sürətli start verən Azərbaycan yekunda 21-2 hesablı asan qələbə qazanıb.
 
Milli komandamızın yarımfinaldakı rəqibi özbəkistan olacaq. Avqustun 17-də keçiriləcək görüşə Bakı vaxtı ilə saat 18:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest