Almaniya Bundesliqasında 2-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha altı qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Leypsiq” - “Köln”, “Verder” - “Ştutqart” və “Şalke” - “Borussiya” (Mönhenqladbax) matçlarında, həmçinin “Herta” - “Ayntraxt” görüşündə qalib müəyyənləşməyib. “Bayer” doğma meydanda “Auqsburq”a uduzub. “Hoffenhaym” isə “Bohum”u məğlub yola salıb.

Almaniya Bundesliqası
2-ci tur

13 avqust

Bayer – Auqsburq 1:2
Qol: Aranquiz, 43 – Yensen, 15. Han, 82.

Herta – Ayntraxt 1:1
Qol: S.Serdar, 3 – Kamada, 48.

Hoffenhaym – Bohum 3:2
Qol: Baumqartner, 14. O.Kabak, 23. Dabbur, 88 – Zoller, 10; 13.

Leypsiq – Köln 2:2
Qol: Verner, 36. Nkunku, 56 – Diets, 40. Qvardiol, 72-öz qapısına.

Verder – Ştutqart 2:2
Qol: Fullkruq, 4. Burke, 90+5 – Endo, 38. Silas, 77.

Şalke – Borussiya (Mönhenqladbax) 2:2
Qol: Zalazar, 29. Bulter, 90+3-pen – Hofmann, 72. Turam, 78.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest