ötən mövsümün sonunda "Səbail"dən ayrılan fransalı futbolçu Nikolas Rayselin yeni klubu bəlli olub. Matc.az xəbər verir ki, 29 yaşlı hücumameylli yarımmüdafiəçi Belçikanın "Dunder" komandasına keçib.
 
Təcrübəli forvard 2018/19 mövsümündə də 3-cü liqa təmsilçisinin formasını geyinib.
 
Xatırladaq ki, Nikolas Raysel Azərbaycanda "Səbail"lə yanaşı, "Qəbələ"də də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest