Macarıstanın "Ferentsvaroş" komandasının baş məşqçisi Stanislav çerçesov Ukrayna yığmasının futbolçusu Aleksandr Zubkovu çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin iştirak ərizəsinə daxil etməyib. Matc.az xəbər verir ki, "Qarabağ"a qarşı oyunlarda çıxış edə biləcək oyunçuların adları UEFA-nın rəsmi saytında dərc olunub. Zubkov ardıcıl üçüncü dəfə siyahıya düşməyib. O, ilk iki təsnifat mərhələsində Qazaxıstan "Tobol"u və Slovakiya "Slovan"ı ilə qarşılaşmaları da buraxıb. 
 
Zubkov sonuncu dəfə iyunun 11-də Ukrayna yığmasının Ermənistana qarşı Avropa çempionatının seçmə matçında meydana çıxıb. Bundan sonra 25 yaşlı yarımmüdafiəçi nə yoldaşlıq görüşlərində, nə də rəsmi oyunlarda forma geyinib. Ukraynalı futbolçunun klubla müqaviləsi 2024-cü ilin yayına qədərdir. 
 
"Ferentsvaroş" "Qarabağ"la ilk oyununu avqustun 3-də Bakıda, cavab qarşılaşmasını avqustun 9-da Budapeştdə keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest