"Qarabağ"ın futbolçusu Kevin Medina sıradan çıxıb. Matc.az xəbər verir ki, kolumbiyalı müdafiəçi İsveçrədə "Sürix"ə qarşı keçirilən UEFA çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda zədələnib.
 
Oyunu davam etdirə bilməyən 29 yaşlı futbolçu 45-ci dəqiqədə Bədavi Hüseynovla əvəzlənib. Medina meydanı gözyaşları ilə tərk edib.
 
"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda da cəzalı duruma düşüb. Buna 33 yaşlı yarımmüdafiəçinin "Sürix"lə cavab matçında sarı vərəqə görməsi səbəb olub. Cari mövsüm 3-cü dəfə sarı vərəqə ilə cəzalandırılan Almeyda növbəti avrokubok oyununu buraxmalı olacaq.
 
Qeyd edək ki, qarşılaşmada ikinci hissə oynanılır və hesab 1:1-dir. Azərbaycan çempionu Bakıdakı ilk matçda rəqibini 3:2 hesabı ilə üstələyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest