Almaniyanın "Şalke" klubunun U-23 komandası yeni mövsümə hazırlıq çərçivəsində yoxlama oyunu keçirib

Almaniyanın "Şalke" klubunun U-23 komandası yeni mövsümə hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun da formasını geyindiyi bu kollektiv Almaniyanın digər təmsilçisi "Sportfrunde Lotte" ilə üz-üzə gəlib.
 
Futbolçumuzun komandası bu oyunda darmadağına sevinib – 7:1. Rüfət də bu görüşün iştirakçısı olub. Komandasının iki qolunu da Dadaşov vurub. Azərbaycanlı forvard 75 və 85-ci dəqiqələrdə fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest