Yeni mövsümə Türkiyənin Bolu şəhərində hazırlaşan “Zirə” bu gün ilk sınağına çıxıb. Matc.az xəbər verir ki, Rəşad Sadıqovun çalışdırdığı kollektiv Rumıniyanın “Hermanştadt” komandası ilə qarşılaşıb.

Qarşılaşma Azərbaycan təmsilçisi üçün uğursuz alınıb. Hesabı ilk yarıda “Zirə” açsa da, ikinci hissədə 2 qol buraxan Sadıqovun komandası meydanı məğlubiyyətlə tərk edib.

Yoxlama oyunu
29 iyun

Zirə – Hermanştadt 1:2
Qol: H.Keyta, 25.

Zirə: 1. Mehdi Cənnətov, 8. İlkin Muradov, 9. Loris Broqno, 10. Rəhim Sadıxov, 14. Hamidu Keyta, 18. Slavik Alxasov, 21. Hacıağa Hacılı, 26. Nemanya Andelkoviç, 32. Qismət Alıyev (k), 44. Dimitrios Çantakias, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 22. Nail Alışov, 41. Anar Nəzirov, 4. Cəlal Hüseynov, 7. Filip Paxtmann, 13. Ramin Əhmədov, 15. Ruslan Abışov, 19. Təmkin Xəlilzadə, 56. Samir Ağayev, 61. Nizami Səmədov, 64. Mahmud Ağayev, 77. Mirsahib Abbasov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest