Futbol üzrə Qazaxıstan Premyer Liqasında 14-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Emil Balayevin şərəfini qoruduğu "Turan" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Akjayık"la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1.
 
Emil bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
Hazırda 12 xalı olan "Turan" 14 komanda arasında 12-ci pillədə qərarlaşıb.
 
Xatırladaq ki, Balayevin "Turan"dan ayrılacağı və "Səbail"ə keçəcəyi ilə bağlı xəbərlər yayılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest