"Barselona"nın klubun qurucusu Joan Qamperin xatirəsinə keçirdiyi Qamber kubokunda buillki rəqibi müəyyənləşib. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi İtaliyanın "Roma" klubu ilə qarşılaşacaq.
 
Görüş avqustun 6-da "Kamp Nou"da keçiriləcək. Qarşılaşmanın yerli vaxtla saat 21:00-da başlayacağı diqqətə çatdırılıb.
 
Oxşar görüşün eyni gündə bu iki klubun qadın komandaları arasında da keçiriləcəyi bildirilib. Bu oyuna isə 17:30-da start veriləcək.
 
Xatırladaq ki, "Roma" daha əvvəl 2015-ci ildə Qamper Kubokunda iştirak etmişdi. "Canavarlar" həmin vaxt "Barselona"ya 0:3 hesabı ilə uduzmuşdular.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest