Futbol üzrə Türkiyə Super Liqasında 35-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.

Lider "Trabzonspor" bu dəfə evdə "Antalyaspor"u sınağa çəkib. Dörd qolun qeydə alındığı matç heç-heçə yekunlaşıb. Bu oyunda qazandığı 1 xal Trabzon klubunun çempionluğu təmin etməsi üçün yetərli olub. Mövsümün sonuna 3 tur qalmış rəqibləri üçün əlçatmaza çevrilən "Trabzonspor" 35 illik fasilədən sonra çempion olub. Sonuncu dəfə 1983/84 mövsümündə çempion olmuş bu komanda tarixində 7-ci dəfə Türkiyənin ən güclüsü adını qazanır.

Türkiyə Super Liqası
35-ci tur

29 aprel

Fənərbaxça – Qaziantep 3:2
Qol: D.Rossi, 5. S.Dursun, 62. M.Zayç, 82 – A.Sagal, 64. A.Maksim, 90+7-pen.

Girəsunspor – Adana Dəmirspor 2:0
Qol: U.Nayir, 21. Serjinyo, 48.

30 aprel

Konyaspor – Fatih Karagümrük 1:2
Qol: Byutyuqi, 23 – S.Onur, 81. Karamo, 84.

Kasımpaşa – Başakşəhər 2:3
Qol: Fall, 43. Muleka, 78 – Gulbrandsen, 28. Trezeqe, 45. D.Türüç, 52.

Trabzonspor – Antalyaspor 2:2
Qol: Kornelius, 3. D.Tokoz, 62 – Ndao, 51. Rayt, 80.

Hatayspor – Altay 0:1
Qol: Kappel, 10.

1 may

17:00 Kayserispor – Beşiktaş
17:00 Alanyaspor – Yeni Malatyaspor
21:30 Qalatasaray – Sivasspor
21:30 Göztəpə – Rizəspor

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest