Bu gün Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə "Qalatasaray" (Türkiyə) arasında Ukraynaya dəstək məqsədi ilə yoxlama görüşü keçiriləcək. Matc.az xəbər verir ki, matçı "GS" TV və "TRT Spor" şifrəsiz yayımlayacaq.
 
Oyundan əldə olunacaq gəlir Rusiya ilə müharibədə valideynləri həlak olan ukraynalı uşaqlara xərclənəcək.
 
"Qalatasaray"ın stadionunda baş tutacaq oyunun start fiti Bakı vaxtı ilə saat 18:00-da səslənəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest