Futbol üzrə Polşa çempionatında 26-cı turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Visla" (Plotsk) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Slask" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
 
Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Müdafiəçi 54-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
"Visla" 26 turdan sonra 36 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest