"Hazırda ancaq "Neftçi"nin uğurlarını düşünürəm. Adaptasiya dövrünü keçmişəm. İndi bütün fikrim komandamdadır"

"Gözəl oyun oldu. İki güclü komanda qarşılaşdı. Hər ikisi yüksək yerlər uğrunda mübarizə aparır. İlk qolu biz vurduğumuz üçün üstünlük bizim tərəfimizə keçdi və qələbə qazandıq". Matc.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Eddi İsrafilov evdə "Qəbələ"yə 4:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XX tur matçından sonra mətbuat konfransında deyib.
 
30 yaşlı yarımmüdafiəçi öz üzərində çox işlədiyini bildirib: "çalışıram ki, maksimumu verə bilim. Bu, uzun yoldur və burada sənə dəstək verən çox adam olmur. Sonda daha yaxşı nəticə göstərmək üçün çox çalışmalıyam" .
 
Təcrübəli oyunçu 2 ildən sonra yenidən yığmaya çağırıldığını təsdiqləyib: "Milli komandaya dəvət almışam. çalışacağam ki, orada da əlimdən gələni edim və yığmaya köməyim dəysin".
 
O, sonda vurduğu qolları qızına həsr etdiiyni söyləyib: "Hazırda ancaq "Neftçi"nin uğurlarını düşünürəm. Adaptasiya dövrünü keçmişəm. İndi bütün fikrim komandamdadır".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest