1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirib. Həmin hadisədən artıq 30 il ötür.
 
"Sumqayıt" Futbol Klubu Azərbaycan xalqının kədərinə şərik çıxır, Vətənimizin azadlığı uğrunda canlarınından keçən insanların yaxınlarına səbr diləyir. Bu məqsədlə, "Sumqayıt" Futbol Klubunun əsas komandasının məşqçi və futbolçu heyəti bu gün Sumqayıt şəhərində yerləşən Xocalı abidəsini ziyarət edərək şəhidlərimizi anıb.
 
Xatırladaq ki, Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150-nin taleyi indi də məlum deyil.
 
Allah şəhidlərimizə rəhmət eləsin!

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest