Futbol üzrə Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"la Marsel "Olimpik"i (Fransa) arasında keçiriləcək cavab oyunundan öncə baş tutacaq açıq məşq və mətbuat konfranslarının vaxtları müəyyənləşib. Matc.az xəbər verir ki, hər iki tədbir fevralın 23-də keçiriləcək.
 
Saat 12:30-da Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı start götürəcək. 17:30-da isə "Azersun Arena"da "Qarabağ"ın açıq məşqi (ilk 15 dəqiqə) başlayacaq.
 
Marsel təmsilçisinin baş məşqçisi Xorxe Sampaolinin mətbuat konfransı saat 18:30-da başlayacaq. Bundan yarım saat sonra isə Fransa komandasının açıq məşqinə (ilk 15 dəqiqəsi) start veriləcək. Hər iki tədbir Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest