Futbol üzrə Fransa çempionatının 14-cü turunda azarkeşlərin meydana daxil olması səbəbindən təxirə salınan Lion və Marsel "Olimpik"ləri arasındakı matçın keçirilmə vaxtı məlum olub. Matc.az xəbər verir ki, qarşılaşma fevralın 1-də oynanılacaq. Bu barədə "Lequipe" nəşri məlumat yayıb.
 
ötən il, noyabrın 25-də keçirilən bu matçda yerli azarkeşlər Marsel təmsilçisinin futbolçusu Dimitri Payetin başına su butulkası atıb. Bundan sonra fanatlar meydana daxil olub və matç yarımçıq dayandırılıb.
 
"Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində Marsel "Olimpik"i ilə qarşılaşacaq. İlk oyun fevralın 17-də Fransada, cavab oyunu isə bir həftə sonra Bakıda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest