Futbol üzrə Türkiyə 1-ci liqasında 21-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Eyupspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
 
Vüsal da bu görüşün iştirakçısı olub. O, 54-cü dəqiqədə meydana buraxılıb.
 
“Keçiörengücü” 21 turdan sonra 23 xalla 19 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest