Yanvarın 16-da kişi voleybolçular arasında Azərbaycan I liqasında II turun oyunları keçiriləcək. Matc.az xəbər verir ki, “Murov” voleybol klubunu idman zalında baş tutacaq turun ilk matçı saat 11:00-da “Taleh – A.T” və “Həvəskarlar” komandaları  arasında olacaq.
 
Ardınca “Təhsil” “Murov” klubu ilə qarşılaşacaq. Günün  ikinci yarısında isə “Veteranlar” “Aura” ilə, “Ryuqa” isə “Azərbaycan Ali Hərbi Məktəbi” ilə üz-üzə gələcək.
 
Birincilikdə 10 klub - “Həvəskarlar”, “Murov”, “Əlincə”, “Veteranlar”, “Ryuqa”, “Aura”, Taleh – A.T”, “Azərbaycan Ali Hərbi Məktəbi”, “Təhsil”, “Masallı” komandaları çıxış edirlər. Reqlamentə əsasən komandalar 2 qrupda 2 dövrədən ibarət olmaqla mübarizə aparacaqlar. Ardınca pley-off mərhələsi keçiriləcək. 
Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlar azarkeşsiz keçiriləcək. 
 
A qrupu: “Murov” (gənclər), “Əlincə”, “Təhsil”, “Həvəskarlar”, “Taleh-A.T”
 
B qrupu: “Masallı”, “Veteranlar”, “Ryuqa”, “Azərbaycan Ali Hərbi Məktəbi”, “Aura”
 
II tur
16 yanvar
11:00. “Taleh-A.T” - “Həvəskarlar”
12:30. “Təhsil” - “Murov”
14:00. “Veteranlar” - “Aura”
15:30. “Ryuqa” - “Azərbaycan Ali Hərbi Məktəbi”
 
I turun nəticələri
“Həvəskarlar” - “Təhsil” - 0:3 (16:25, 10:25, 23:25)
“Əlincə”  - “Taleh A.T”  - 3:0 (25:20, 25:23, 25:19) 
“Ryuqa” - “Masallı” - 2:3 (25:20, 17:25, 25:23, 18:25, 14:16)
“Azərbaycan Ali Hərbi Məktəbi” - “Aura” - 3:0 (25:9, 25:7, 25:15)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest