Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı kollektiv Antalyadakı ilk sınağında Rumıniyanın "Qaz Metan" komandası ilə qarşılaşıb. Bu oyunda hesab açılmayıb.

Ağdam təmsilçisi yanvarın 21-də "Şlyonsk Vroçlav" (Polşa), yanvarın 25-də isə "Visla Krakov" (Polşa) klubları ilə qarşılaşacaq. Yanvarın 21-i və 25-də daha iki oyun nəzərdə tutulub. Komanda səhər saatlarında Serbiyanın "Batska Topola" və Slovakiyanın "Tatran" klubları ilə də üz-üzə gələcək.

Yoxlama oyunu
14 yanvar

Qarabağ – Qaz Metan 0:0

"Qarabağ" ilk hissədə bu heyətlə oynayıb: Amin Ramazanov, Marko Veşoviç, Maksim Medvedev, Kevin Medina, Toral Bayramov, Qara Qarayev, Riçard Almeyda, Kadi Borges, Ramil Şeydayev, Abdullah Zubir, İbrahima Vadji.

İkinci hissədə isə bu heyət meydana buraxılıb: Luka Quqeşaşvili, Bəhlul Mustafazadə, Rahil Məmmədov, Abbas Hüseynov, Nihad Quliyev, Zamiq Əliyev, Elvin Cəfərquliyev, Hüseyn Hüseynzadə, İsmayıl İbrahimli, Rauf Hüseynli və Musa Qurbanlı oyuna daxil olublar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest