Futbol üzrə İngiltərə Premyer Liqasında 21-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
 
"Brentford" "Aston Villa"nı, "Lids" "Bernli"ni məğlub yola salıb. Beş qolun qeydə alındığı "Everton" - "Brayton" matçında qonaqlar qələbə qazanıblar.
 
Turun mərkəzi görüşü Londonda keçirilib. Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "çelsi" doğma meydanda ən yaxın izləyicisi "Liverpul"la üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
 
Bu tur keçirilməli olan "Lester Siti" - "Norviç Siti" və "Sauthempton" - "Nyukasl" matçları təxirə salınıb. Buna sözügedən komandaların heyətlərində koronavirusa yoluxma hallarının artması səbəb göstərilib.
 
İngiltərə Premyer Liqası
21-ci tur
1 yanvar
 
Arsenal – Mançester Siti 1:2
Qol: Saka, 31 – Mahrez, 57-pen. Rodri, 90+3.
 
Uotford – Tottenhem 0:1
Qol: D.Sançes, 90+6.
 
Kristal Pelas – Vest Hem 2:3
Qol: Eduard, 83. Olise, 90 – M.Antonio, 22. Lanzini, 25; 45+5.
 
2 yanvar
 
Brentford – Aston Villa 2:1
Qol: Vissa, 42. Rasmussen, 83 – İnqs, 16.
 
Lids – Bernli 3:1
Qol: Harrison, 39. Dallas, 77. D.Ceyms, 90+1 – Korne, 54.
 
Everton – Brayton 2:3
Qol: Qordon, 53; 76 – Makallister, 3; 71. Börn, 21.
 
çelsi – Liverpul 2:2
Qol: Kovaçiç, 42. Pulişiç, 45+1 – Mane, 9. Salah, 26.
 
3 yanvar
 
21:30. Mançester Yunayted – Vulverhempton

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest