İspaniyanın "Barselona" klubu yeni transferini açıqlayıb. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi İngiltərənin "Mançester Siti" klubundan Ferran Torresi transfer edib.
 
Bu barədə La Liqa nəhənginin rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti 2027-ci ilin yayına qədərdir. Həmin vaxtdan öncə ispaniyalı futbolçunu transfer etmək istəyən klub "Barselona"ya 1 milyard avro təzminat ödəməlidir.
 
Xatırladaq ki, Ferran Torres 2020-ci ilin avqustundan "Mançester Siti"də çıxış edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest