Futbol üzrə İtaliya A Seriyasında 17-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.
 
Lider "Milan" bu turda çətin "Udineze" səfərinə yollanıb və məğlubiyyətdən son anda qurtulub. "Yuventus" da "Venetsiya" ilə səfər oyununda xal itkisi ilə üzləşib.
 
"Fiorentina" isə doğma meydanda "Salernitana"nı 4 cavabsız qolla məğlub edib.
 
Son çempion "İnter" bu turda "Kalyari"nin müqavimətini qırmağa çalışacaq.
 
İtaliya A Seriyası
17-ci tur
10 dekabr
 
Cenoa – Sampdoriya 1:3
Qol: Destro, 78 – Qabbyadini, 7; 67. Kaputo, 49.
 
11 dekabr
 
Fiorentina – Salernitana 4:0
Qol: Bonaventura, 31. Vlahoviç, 51; 84. Maleh, 90.
 
Venetsiya – Yuventus 1:1
Qol: Aramu, 55 – Morata, 32.
 
Udineze – Milan 1:1
Qol: Beto, 17 – İbrahimoviç, 90+2.
 
12 dekabr
 
15:30 Torino – Bolonya
18:00 Verona – Atalanta
21:00 Napoli – Empoli
21:00 Sassuolo – Latsio
23:45 İnter – Kalyari
 
13 dekabr
 
23:45 Roma – Spetsiya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest