G qrupunda mübarizə aparan "Renn" 5 turdan sonra 11 xalla 1-ci, "Tottenhem" isə 7 xalla 2-cidir. Niderlandın "Vitess" komandası 7 xalla 3-cü, Sloveniya "Mura"sı isə 3 xalla sonuncudur.

Avropa Konfrans Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində bu gün keçirilməli olan "Tottenhem" (İngiltərə) – "Renn" (Fransa) oyunu ləğv edilib. Matc.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
 
"Tottenhem"də koronavirusa yoluxma hallarının artması səbəbindən "Renn"lə oyunun baş tutmayacağı bildirilib. Klub bununla bağlı UEFA ilə danışıqların davam etdiyini diqqətə çatdırıb. UEFA isə bu məsələ ilə bağlı rəsmi açıqlama yaymağa tələsmir.
 
G qrupunda mübarizə aparan "Renn" 5 turdan sonra 11 xalla 1-ci, "Tottenhem" isə 7 xalla 2-cidir. Niderlandın "Vitess" komandası 7 xalla 3-cü, Sloveniya "Mura"sı isə 3 xalla sonuncudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest