Futbol üzrə İngiltərə Premyer Liqasının 14-cü turu çərçivəsində baş tutan "Aston Villa" ilə səfər oyunu "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola üçün əlamətdar olub. Matc.az xəbər verir ki, 50 yaşlı mütəxəssis bu komandası ilə yerli çempionatda 150-ci qələbəsini qazanıb – 2:1.
 
Qvardiola buna 203-cü oyununda nail olub. Bununla da o Joze Mourinyonu geridə qoyub. Mourinyo Premyer Liqada 150 qələbə həddinə çatmaq üçün 230 matç keçirib.
 
Xosep Qvardiola 2016-cı ildən "Mançester Siti"ni çalışdırır. Mourinyo isə İngiltərədə "çelsi", "Mançester Yunayted" və "Tottenhem"i çalışdırıb. Portuqaliyalı mütəxəssis hazırda "Roma"ya rəhbərlik edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest