Futbol üzrə İngiltərə Premyer Liqasında 14-cü tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
 
"Norviç Siti" səfərdə "Nyukasl"la qarşılaşıb. Bu oyunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. "Lids" isə "Kristal Pelas"ı qəbul edib. Meydan sahibləri son dəqiqə qolu ilə bu görüşdən qalib ayrılıblar.
 
Lider "çelsi" səfərdə "Uotford"un, "Mançester Siti" "Aston Villa"nın, "Liverpul" isə "Everton"un qonağı olacaq.
 
"Tottenhem" bu turda "Brentford"u qəbul edəcək. Turun mərkəzi oyununda isə "Mançester Yunayted" "Arsenal"la münasibətlərinə aydınlıq gətirəcək.
 
İngiltərə Premyer Liqası
14-cü tur
30 noyabr
 
Nyukasl – Norviç Siti 1:1
Qol: Uilson, 61-pen – Pukki, 79.
 
Lids – Kristal Pelas 1:0
Qol: Rapinya, 90+3-pen.
 
1 dekabr
 
23:30. Sauthempton – Lester Siti
23:30. Uotford – çelsi
23:30. Vest Hem – Brayton
23:30. Vulverhempton – Bernli
00:15. Aston Villa – Mançester Siti
00:15. Everton – Liverpul
 
2 dekabr
 
23:30. Tottenhem – Brentford
00:15. Mançester Yunayted – Arsenal

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest