Futbol üzrə Türkiyə Super Liqasında 14-cü turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.
 
Son turlarda uğursuz çıxış edən “Beşiktaş” bu dəfə “Girəsunspor”un müqavimətini qırmağa çalışıb. Lakin “qara qartallar” bu oyunda böyük hesabla məğlub olub.
 
“Antalyaspor” evdə “Alanyaspor”u darmadağınla məğlub edib. “Rizəspor” isə “Kayserispor”la oyundan qalib ayrılıb.
 
Türkiyə Super Liqası
14-cü tur
26 noyabr
 
Adana Dəmirspor – Kasımpaşa 0:0
 
Başakşəhər – Altay 0:0
 
27 noyabr
 
Antalyaspor – Alanyaspor 3:0
Qol: B.Balçı, 40. Mukayru, 68. Floranus, 90.
 
Rizəspor – Kayserispor 1:0
Qol: S.Ay, 48.
 
Beşiktaş – Girəsunspor 0:4
Qol: Diabate, 22. Balde, 55. Serjinyo, 64. Çampness, 90.
 
28 noyabr
 
14:30 Qaziantep – Konyaspor
17:00 Sivasspor – Hatayspor
17:00 Fatih Karagümrük – Trabzonspor
20:00 Yeni Malatyaspor – Qalatasaray
 
29 noyabr
 
21:00 Göztəpə – Fənərbaxça

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest