“Neftçi” futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində qarşılaşacağı “Səbail”lə oyuna xüsusi formalarla çıxacaq. Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
 
Belə ki, “Neftçi” Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “United Nations in Azerbaijan” ilə əməkdaşlıq edərək 25 noyabr - 10 dekabr tarixlərində həyata keçirilən qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş "16 günlük fəallıq" kampaniyası çərçivəsində “Sabail”lə keçiriləcək oyuna zorakılıqla mübarizəni simvolizə edən narıncı rəngli formada çıxacaq və #ZorakılığaSon deyəcək!
 
Klub hər kəsi bu kampaniyaya qoşulmağa çağırıb: “Siz də bu mübarizədə bizə qoşulun, birlikdə qalib gələk! Qadın və qızlarımızın zorakılıqdan azad yaşamaq hüququnun reallaşmasına dəstək verək!”
 
Noyabrın 27-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Səbail” matçına saat 18:15-də start veriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest