Futbol üzrə Ukrayna Premyer Liqasında 15-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi "Aleksandriya" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Dnepr"lə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 1:3.
 
Mustafayev bu görüşün iştirakçısı olmayıb. Zədədən əziyyət çəkən Emilin adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
 
"Aleksandriya" 15 turdan sonra 23 xalla 16 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest