Qarşılaşma Gürcüstan millisinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğlu Xviça Kvaratsxeliya vurub. O, 61-ci və 77-ci dəqiqələrdə fərqlənməklə dubla imza atıb.

"Zirə"nin hücumçusu Davit Volkov Gürcüstan millisinin heyətində debüt edib. Matc.az xəbər verir ki, 26 yaşlı hücumçu Dç-2022-nin seçmə mərhələsi çərçivəsində Tiflisdə İsveç yığmasına qarşı keçirilən oyunda meydana çıxıb. Volkov bu matçın 70-ci dəqiqəsində meydana buraxılıb.
 
Qarşılaşma Gürcüstan millisinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğlu Xviça Kvaratsxeliya vurub. O, 61-ci və 77-ci dəqiqələrdə fərqlənməklə dubla imza atıb.
 
Davit Volkov hazırda 8 qolla Azərbaycan Premyer Liqasının bombardiridir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest