Rusiyalı iş adamı Alişir Usmanov Beynəlxalq Qılıncoynatma Federasiyasının (FİE) prezidenti seçkisində yeganə namizəd olub. Matc.az xəbər verir ki, milli federasiyaların ali qurumda rəhbər postlara namizədlərini irəli sürməsi üçün müddət oktyabrın 18-də başa çatıb.
 
Bu barədə FİE-nin rəsmi saytı məlumat yayıb. Seçki konqresi noyabrın 27-də, İsveçrənin Lozanna şəhərində olacaq.
 
Usmanov FİE-yə 2008-ci ildən rəhbərlik edir. O, 2012 və 2016-cı illərdə də qurumun prezidenti seçilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest