"Keşlə" və sabiq futbolçusu Aleksandr Kristovao arasındakı mübahisəli məsələ həllini tapıb. Matc.az xəbər verir ki, ali futbol qurumu anqolalı hücumçunun şikayətini qismən təmin edib.
 
Bu barədə Bakı klubunun Mətbuat xidmətindən məlumat verilib. Müqavilə öhdəliklərinin yerinə yetirilməməsi iddiası ilə ali futbol qurumuna müraciət edən afrikalı forvarda tələb etdiyi məbləğin müəyyən hissəsi ödənilib. (Report)
 
Aleksandr Kristovao 2020-ci ilin yanvarında "Keşlə"yə transfer olunub. ötən ilin yayında komandanın düşərgəsini icazəsiz tərk edən 28 yaşlı forvard klubdan FİFA-ya şikayət edib. Paytaxt təmsilçisi də öz növbəsində təcrübəli oyunçu ilə bağlı ali futbol qurumuna üz tutub. Daha sonra "Keşlə" hücumçu ilə müqaviləni birtərəfli qaydada pozub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest