"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Yanq Boyz" (İsveçrə) ilə oyundan əvvəl isinmə hərəkətləri edən zaman təsadüfən topla xəsarət yetirdiyi qadın stüarta hədiyyə verib.
 
Matc.az xəbər verir ki, 36 yaşlı hücumçu matç öncəsi məşq zamanı topu stadion işçisinə vurub. Zərbədən huşunu itirən qadın bir müddət sonra özünə gəlib.
 
Ronaldo xəsarət yetirdiyi qadından üzr istəyib və ona öz formasını hədiyyə edib.
 
"Yanq Boyz" – "Mançester Yunayted" matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest